Karyera

Vakansiyalar

İnsan Resursları üzrə Biznes Tərəfdaş

  • Tarix:

    21-11-2023

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Müəssisənin işçi ehtiyacının müəyyən edilməsi, iş analizlərinin aparılması və İnsan Resursları planlaması modulu üzrə digər fəaliyyətlərin həyata keçirilməsi;
  • Vakansiyalar üzrə elanların hazırlanması, işçi axtarışı ilə bağlı effektiv kanalların müəyyən edilməsi;
  • Müsahibələrin təşkili və həyata keçirilməsi, nəticələrlə bağlı namizədlərin məlumatlandırılması;
  • Yeni işə qəbul olunan əməkdaşların adaptasiya proqramlarının effektivliyinə nəzarət edilməsi;
  • İşçilərin fəaliyyət və səriştə qiymətləndirilməsi proseslərində iştirak edilməsi, qiymətləndirmə nəticələrinə uyğun inkişaf planlarının hazırlanması;
  • Müəsissə üzrə işçi heyətinin təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
  • Kritik vəzifələrin müəyyən edilməsi və davamçıların idarə edilməsi proseslərinin icrasında iştirak edilməsi;
  • İR metrikləri üzrə fəaliyyətlərin tənzimlənməsi, müvafiq hesabatların təqdim edilməsi;
  • Araşdırma predmeti olan məsələlərin araşdırılması və nəticələrin aidiyyatı üzrə təqdim edilməsi;
  • Müasir İR funksiyaları üzrə digər öhdəliklərin icra edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Müasir İnsan Resursları üzrə biliklər;
  • AR Əmək qanunvericiliyi bilikləri;
  • Analitik düşünmə qabiliyyəti;
  • Araşdırma və problem həlletmə qabiliyyəti;
  • MS Office proqramlarından istifadə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil : Ali (İqtisadiyyat, Menecment, Psixologiya və ya İnsan Resursları sahələri üzrə);
  • İş təcrübəsi : Minimum 3 il;
  • Dil bilikləri : Azərbaycan dili üzrə səlis danışıq qabiliyyəti (İngilis dili, Rus dili biliyi üstünlük hesab olunur).

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-dən 18:00-dək.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Karyera perspektivləri;
  • Şirkət hesabına korporativ nömrə;
  • Sağlamlıq sığortası.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Biznes Tərəfdaş” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Keyfiyyət üzrə aparıcı mütəxəssis

  • Tarix:

    29-02-2024

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • İstehsal proseslərinə nəzarət edilməsini təmin edir, istehsal xətlərinə dair qeydiyyat formlarının hazırlanmasını və sahədə qeydiyyatların zamanında icrasını təmin etmək
  • Növbəli və günlük istehsala dair iş saatının sonunda hesabat hazırlamaq və rəhbərə təqdim etmək
  • Nəzarət etdiyi fəaliyyətlərin, işlərin plan üzrə (Sanitar-gigiyena, Keyfiyyət-təhlükəsizlik, HACCP, Texniki baxış, zərərvericilərlə mübarizə və s. planlar) icrasına nəzarət etmək
  • Qida təhlükəsizliyi və keyfiyyəti sahəsində qanunvericilik tərəfindən qoyulan tələblərə, həmçinin bu sahədə digər beynəlxalq standartların tələblərinə uyğun olaraq müvafiq işlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Nəzarət etdiyi sahədə keyfiyyət-təhlükəsizlik, sanitar-gigiyena, təhlükə analizi və kritik nəzarət nöqtələrinə dair planları hazırlamaq
  • Məhsulun qanunvericiliyə (gərəkli hallarda digər normativ sənəd və standartlara) uyğun texniki mətnin hazırlanmasında iştirak etmək, təsdiq üçün daxil olan markalanma yoxlanışı və təsdiqi sorğularını cavabalandırmaq
  • Məhsullar üçün keyfiyyət vəsiqələrini hazırlamaq və lazımi hallarda müştəriyə təqdim etmək
  • Nəzarət etdiyi sahədə istehsal prosesinə nəzarəti həyata keçirir, markalanma (məhsulların tərkibi, xüsusiyyətlərinin özəlliyi, saxlama müddəti və şəraitinə uyğunluğu) və qablaşdırma proseslərinin tələblərə uyğunluğuna nəzarəti həyata keçirmək
  • İstehsal zamanı uygunsuz çıxan məhsulların blok edilməsi, sonrakı gedişatın izlənilməsi, utilizasiya proseslərində iştirak etmək;

Tələb olunan bilik və bacarıqlar:

  • İSO 9001-2015 (keyfiyyətin idarəetmə sistemi) standartına uyğun istehsal prosesinə nəzarət
  • Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması
  • Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması
  • Stresli iş şəraitində işləmə bacarığı
  • Ofis proqramlarında (word, excel və s.) sərbəst işləmək

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (Kimya, Qida sənayesi üzrə üstünlükdür);
  • İş təcrübəsi: Az Alkoqollu və alkoqolsuz içkilər sahəsində keyfiyyət mütəxəssisi və ya aparıcı keyfiyyət mütəxəssisi olaraq təcrübə;

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs);
  • Servis şirkət tərəfindən təmin olunur;

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyət üzrə aparıcı mütəxəssis ” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Xarici logistika üzrə mütəxəssis

  • Tarix:

    06-03-2024

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Logistika üzrə tenderlərin keçirilməsi;
  • Alternativ və maliyyətin aşağı salınması üçün tədbirlər görülməsi;
  • Ən optimal nəqliyyat yolunun təyin edilməsi;
  • Yüklərin gömrük orqanlarından keçirilməsi işinin idarə edilməsi;
  • Logistik xərclərin şirkətin sisteminə daxil edilməsi prosesinin idarə edilməsi;
  • Yüklər üçün nəqliyyat vasitələrinin seçilməsi, araşdırılması və prosesin idarə edilməsi;
  • Sifarişlərin yüklənməsi üçün lazım olan sənədlərin hazırlanması və prosesin idarə edilməsi;
  • Gömrük paket sənədlərinin hazırlanması prosesinin idarə edilməsi;
  • Müqavilələr üçün məlumatların proqrama yüklənməsi və prosesin idarə edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Ünsiyyət bacarığı;
  • Punktuallıq;
  • Diqqətlilik.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Rus və ya ingilis dillərindən biri yüksək səviyyədə;
  • Kompüter bilikləri: MS Office yaxşı səviyyədə.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C..

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xarici logistika üzrə mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Aparıcı kimyaçı mühəndis

  • Tarix:

    15-03-2024

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Laboratoriyada kimyaçı mühəndislərin iş fəaliyyətinə nəzarət edir;
  • Təlimatlara əsasən cihaz və aparatların yoxlanılması, müşahidələrin aparılmasında iştirak edir;
  • Metodik materiallara uyğun olaraq analiz nəticələrini təhlil edir və onların hesabatını hazırlayır;
  • Laboratoriya prosedurlarının tətbiqinə nəzarət edir və aktuallığını diqqətdə saxlayır;
  • Gündəlik aparılan analizlərin (yarımfabrikatların, hazır məhsulların) keyfiyyət təhlükəsizliyi planına əsasən həyata keçirir və kimyaçı mühəndislərin də analiz qeydlərinə nəzarət edir;
  • Reaktivləri hazırlayır və sərfiyyatların qeydiyyatını aparır;
  • Keyfiyyət Təhlükəsizliyində plandan kənar halları araşdırır və analiz edir;
  • Xammal qəbulu proseduruna əsasən tələb olunan işləri həyata keçirir;
  • Laboratoriya avadanlıqlarının və nəzarət ölçü cihazlarının istismar qaydasının işçilər tərəfindən yerinə yetirilməsinə nəzarət edir;
  • Yeni metodların araşdırmasını həyata keçirir;
  • Daxili sayımlarda laboratoriya müdiri ilə bərabər iştirak edir;
  • İstehsal proseslərində keyfiyyətə nəzarət nöqtələrini (sanitariya-gigiyena halları, çəkisi, tarixləmə, qablaşdırmanın tamlığı, paletləmə və s.) nəzarətdə saxlamaqla keyfiyyətə nəzarət əməkdaşlarına dəstək verir.

Tələb olunan bilik və bacarıqlar:

  • Üzvi kimya sahəsində nəzəri biliklər;
  • İSO 17025 tələblərinə uyğun laboratoriya avadanlıqları ilə işləmə bacarığı;
  • Laboratoriya analizlərinin aparılması;
  • Analiz üçün lazım olan məhlulların hazırlanması;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (Kimya, Qida sənayesi üzrə üstünlükdür);
  • İş təcrübəsi: Laboratoriya sahəsində ( qida sahəsi üzrə) minimum 2 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki : Növbəli
  • İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs);
  • Servis şirkət tərəfindən təmin olunur;

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı kimyaçı mühəndis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Mal-material/ Avadanlıq və Xidmət üzrə Satınalma Şöbəsinin Rəhbəri

  • Tarix:

    18-03-2024

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Sifarişlərin satınalma proqramı üzərindən cavabdeh əməkdaşlara yönəldirilərək izlənilməsi;
  • Satınalma proqramı üzərindən təsdiqə gəlmiş sifarişlərin və alternativ təkliflərin müqayisə edilərək təsdiq edilməsi;
  • Proqram üzərindən daxil olan müqavilələrin Hüquq şöbəsinə getmədən öncə şirkətin mənfəətinə uyğun şərtlərinin yoxlanılması;
  • Müqavilə öhdəliklərini pozduqları təqdirdə istehsalçılar və təchizatçılarla işlərin təşkil edilməsi, bu tələblərin həllinin izlənilməsi;
  • Müştəri tələbindəki dəyişiklikləri, mövsümi dalğalanmaları, satış müddətlərini, müəyyən qida məhsullarının istehsalındakı vəziyyəti və digər zəruri amilləri nəzərə alaraq satınalma siyasətinin (sifarişlərin, tədarükün şərtləri) əlaqələndirilməsinə nəzarətin edilməsi və təmin edilməsi;
  • Şirkətin risklərdən mühafizəsinə, ən əlverişli ödəniş və çatdırılma şərtləri ilə təmin olunmasına nəzarət edilməsi;
  • Təqdim olunmuş alış rəqəmləri əsasında təchizatçı araşdırmasına nəzarət edilməsi;
  • Tender proseslərinin təşkil edilməsi, icrasının təqibi və nəticələrinin komissiyaya təqdim edilməsi;
  • Dəyəri yüksək olan tələblərlə bağlı tədarükçülərlə görüş/ziyarətlərin təşkil edilməsi;
  • Satınalma fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədi ilə sifarişlərin zamanında çatdırılmasının təmin edilməsi;
  • Şöbədəki əməkdaşların “deadline” çərçivəsində fəaliyyət göstərmələrinin təmin edilməsi;
  • Təşviq proqramının tələblərinə əsasən satınalma proseslərinin icrasının təşkil edilməsi;
  • Satınalmaya aid beynəlxalq təcrübənin və ən son yanaşmaların izlənilməsi, şirkətdə tətbiqi üçün təkliflərin hazırlanması.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

  • Ünsiyyət bacarığı;
  • İdarəetmə bacarığı;
  • Nəticəyönümlülük;
  • Analitik düşüncə;
  • Punktuallıq;
  • Diqqətlilik.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
  • İngilis dilini yüksək səviyyədə bilməli, rus dili biliyi arzuolunandır;
  • CIPS sertifikatının olması üstünlükdür;
  • Kompüter bilikləri: MS Office yaxşı səviyyədə.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mal-material/ Avadanlıq və Xidmət üzrə Satınalma Şöbəsinin Rəhbəri” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avtomatlaşdırma və elektronika üzrə mühəndis

  • Tarix:

    28-03-2024

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmiri və yenidən işə salınmasını təmin etmək və ya bu kimi işlərə nəzarət etmək;
  • İstehsalatda avtomatika və elektronika ilə bağlı problemlərin həll edilməsi;
  • Prosses xətalarının analiz edilməsi və həmin zaman ərzində prossesin müşahidə edilməsi;
  • İstehsal sahəsində quraşdırılmış nəzarət və ölçü cihazları (İnstrumentation and Control Devace) ilə müstəqil işləməyi bacarmalı;
  • Sistemdə baş verən xətaların və qəza mesajlarının təhlil edilməsi və həlli yönündə qərar verilməsi;
  • Elektron dövriyyələrdəki aktiv və passiv elektron elementlərini əzbər bilməli və platalarda baş verən nasazlıqları diaqnostika etməyi bacarmalı; 
  • İstehsalatın davamiyyətini təmin etməli və alternativ variantları təklif etməyi bacarmalı;
  • Gün ərzində görülən işlərlə bağlı rəhbərliyin məlumatlandırılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Yaxşı səviyyədə PLC  (Simatic S7 tələb olunur), TIA portal, WinCC flexible, biliyinin olması ;
  • Sənayə proqramları (ASi, Profinet, Ethernet) haqqında bilik üstünlükdür;
  • SCL, ST-də proqramlaşdırma (tələb olunur);
  • C#, ASP.Net bilik və təcübəsinin olması;
  • SQL bilməsi və databese ilə işləməyi bacarmalı;
  • Diqonistika cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • İstehsal sahəsində çalışma imkanının olması.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali bakalavr (texniki sahə üzrə); 
  • İş təcrübəsi: Tələb olunan sahə üzrə 3-5 il (İstehsal sahəsi üzrə təcrübə üstünlükdür); 
  • Rus və ingilis dili biliklərinin olması arzuolunandır.

İş şərtlərimiz:

  • İş qrafiki:  Tam iş günü ( 5 gün);
  • İş yeri: Avrora Sənaye Parkı (Hökməli qəs.);
  • Servis şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Karyera perspektivləri;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Avtomatlaşdırma və Elektronika üzrə Mühəndis”yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Proqram dəstək üzrə mütəxəssis

  • Tarix:

    28-03-2024

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Mövcud proqram təminatlarında sorğular üzrə tələblərin icrası və mövcud proseslərin optimallaşdırılması;
  • İstifadəçi istəklərinə uyğun hesabat formalarının hazırlanması, testi və təhvili;
  • Biznes tələblərini təhlil və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi;
  • Proqram dəstək şöbəsinə gələn istəklərin ilkin analizi və layihə planının hazırlanması, layihələrin izlənməsi, layihələrin gedişatı haqqında rəhbərliyə hesabatların verilməsi;
  • Gələn sorğuların vaxtında icrası və SLA tələblərinin gözlənilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Komandada işləmək bacarığı;
  • Sürətli öyrənmə və araşdırma bacarığı;
  • Diqqətlilik.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • İş təcrübəsi: minimum 2 il ( Distribusiya sahəsi üzrə);
  • İngilis dilini texniki səviyyədə bilməli;
  • Kompüter bilikləri: LOGO Tiger ERP, T-SQL, Excel-i proqramlarını bilməli;
  • Proqram və əlavə yazılımların ən üst səviyyədə istifadə biliklərinə sahib olmalı.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram dəstək üzrə mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Aparıcı auditor

  • Tarix:

    28-03-2024

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsi;
  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
  • Audit layihəsi çərçivəsində tabeliyində olan əməkdaşların işinə nəzarət edilməsi;
  • Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edilməsi;
  • Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak edilməsi;
  • Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsinin təmin edilməsi;
  • Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanması;
  • Daxili Audit Departamenti rəhbərinin tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatlarının hazırlanmasında iştirak edilməsi;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının hazırlanmasında iştirak edilməsi;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün hazırlanmış tədbirlər planının icrasının monitorinqinin keçirilməsi;
  • İştirak etdiyi audit layihəsi çərçivəsində tabeliyində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak edilməsi;
  • Daxili Audit Departamentinin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməli və tətbiqi təcrübəsi olmalı;
  • Vergi Məcəlləsi üzrə biliklərin olması;
  • Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali iqtisadi və ya hüquqi təhsil;
  • Audit sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri: MS Windows məhsulları ilə işləmək bacarığı;
  • Logo Tiger ERP üzrə biliklər.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı auditor” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Auditor

  • Tarix:

    28-03-2024

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Audit planı və proqramı əsasında daxili audit yoxlamalarının həyata keçirilməsi;
  • Audit prosedurlarının həyata keçirilməsi (biznes proseslərin sahibləri ilə müsahibələrin keçirilməsi, audit obyektindən məlumatın toplanılması və təhlil edilməsi);
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə prosedurların effektivliyinin yoxlanılması;
  • Sahə işində aparılmış təhlillər və müsahibələr üzrə yazılı iş sənədinin hazırlanması;
  • Daxili nəzarət mühitinin qiymətləndirilməsinə aid tapşırıqların yerinə yetirilməsi;
  • Audit layihəsi üzrə hesabatın hazırlanmasında şöbə rəhbərinə dəstək göstərilməsi;
  • Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə aid rəy verilməsi;
  • Korporativ idarəetmənin və daxili nəzarət mühitinin qiymətləndirilməsilə bağlı testlərin aparılması və tapşırıqların yerinə yetirilməsi;
  • Şirkətdə risk idarə edilməsinin inkişafına aid təkliflərin irəli sürülməsi, o cümlədən risk təhlillərinin aparılması qaydasına rəy bildirilməsi;
  • Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq hadisələrinin araşdırılmasında departamentin adından iştirak edilməsi və risklərin qiymətləndirilməsinin aparılması;
  • Departament büdcəsinin hazırlanmasında iştirak edilməsi;
  • Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması;
  • Bütün növ iş sənədlərinin qorunub saxlanılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Daxili audit qaydalarını bilməli;
  • İqtisadi sahədə qanunvericiliyi bilməli;
  • Beynəlxalq Mühasibat Uçotunun ilkin bilikləri;
  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydalarını bilməli və tətbiqi təcrübəsi olmalı;
  • Vergi Məcəlləsini bilməli və praktiki tətbiq edilməsində təcrübəsi olmalı;
  • Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;
  • Problem həlletmə bacarığı;
  • Səlist və aydın danışıq qabiliyyətinin olması;
  • Diqqətlilik.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (Mühasibat uçotu və audit,idarəçilik,iqtisadiyyat,maliyyə);
  • Mühasibatlıq, Maliyyə, Audit sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office yaxşı səviyyədə;
  • Logo Tiger ERP üzrə biliklər.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Auditor” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İSO Menecer

  • Tarix:

    16-04-2024

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • İSO standartlarının alınması fəaliyyətini təşkil edir, icrası və sənədləşməsi uyğunluqlarını yoxlayır;
  • Qida təhlükəsizliyi sahəsində mövcud olan normativ texniki hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət edir və bu aktların izlənəbilirliyini təmin edir;
  • Beynəlxalq standartlar əsasında seritifikatlaşdırma və keyfiyyətin idarə olunması sisteminin tələblərinə, mövcud prosedurların işlək olmasına və nəzərdə tutulmuş formaların, hesabatların düzgün tərtib olunmasına nəzarət edir;
  • Sertifikasiya tələblərinin aktual olub-olmamasını yoxlayır;
  • Keyfiyyətin İdarəedilməsi Sistemləri üzrə daxili audit planını hazırlanmasına, Audit suallarının hazırlanması və sahələr üzrə daxili keyfiyyət auditlərini keçiririlməsinə nəzarət edir;.
  • Keyfiyyətin idarəedilməsi sistemi sertifikasiyalarının illik yoxlamaları üçün məlumatların toplanması, hazırlanması və bu sahələrdə xarici auditor yoxlamalarında birbaşa iştirak edir;
  • Gərəkli olduqda yeni keyfiyyət sertifikasiyalarının təşkili üçün plan hazırlanmasına və sertifikasiyanın icrası üçün tədbirləri həyata keçirilməsinə nəzarət edir;
  • Şikayətlər əsasında müştəri məmnuniyyətini rüblük qiymətləndirir;
  • İSO Auditləri, müştəri şikayətləri, pest kontrol fəaliyyətləri və s. aidiyyatı işlərlələ bağlı şöbənin illik büdcəsinin formalaşması üçün gərəkli ehtiyacları müəyyən edilib üst rəhbərliyə təqdim edir;
  • Qanunvericiliyin tələbinə uyğun bütün məhsulların markalanma və etiket məlumatlarını yoxlayır, təsdiq edir.

Tələb olunan bilik və bacarıqlar:

  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • İSO standartlarının alınması fəaliyyətini təşkil etmək, icrası və sənədləşməsi işlərini təmin etmək bacarığı;
  • Yüksək ünsiyyət, danışıq və analitik düşünmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Minimum nəzarət altında planlaşdırma, təşkil etmək, əlaqələndirmək, çoxtərəfli və təzyiq altında prioritetləri müəyyən etmək bacarığı;
  • Keyfiyyət Siyasətinin inkişafına təsir göstərmək və işi daha geniş əməliyyat ehtiyacları ilə əlaqələndirmək bacarığı;
  • İSO 9001:2015 və İSO 22000:2018 üzrə təlimlər keçirmək bacarığına malik olması.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsilli (Menecment və ya Standartlaşdırma və sertifikasiya sahəsində);
  • Keyfiyyətin nəzarəti sahəsində ən azı 5 illik iş təcrübəsi;
  • Orta səviyyədə rus və ingilis dili bilikləri.

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs);
  • Servis şirkət tərəfindən təmin olunur;
  • Nahar şirkət tərəfindən təmin olunur

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “İSO menecer” yazaraq hr@avrora.az  ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

  • Tarix:

    18-04-2024

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Qida təhlükəsizliyi və keyfiyyəti sahəsində qanunvericilik tərəfindən qoyulan tələblərə, həmçinin bu sahədə digər beynəlxalq standartların tələblərinə uyğun olaraq müvafiq işlərin həyata keçirilməsinə nəzarət edir;
  • İstehsal proseslərinə nəzarət edilməsini təmin edir, qeydiyyat formlarında zamanında qeydiyyatların aparılmasını icra edir;
  • Növbəli və günlük istehsala dair iş saatının sonunda hesabat hazırlayır və birbaşa rəhbərinə təqdim edir;
  • Keyfiyyət-təhlükəsizlik planlarına uyğun olaraq yarımfabrikatlardan, hazır məhsullardan, həmçinin əl və səthlərdən götürülmüş nümunələrdə laboratoriya tərəfindən analizlərin həyata keçirilməsinə nəzarət edir, laboratoriya nəticələrinə dair günlük hesabatları təhlil edir;
  • Sahəsində baş vermiş digər uyğunsuzluqları, həmçinin işin icrası, keyfiyyəti və təhlükəsiliyinə təsir edə biləcək halları təsbit etdiyi halda daxili kommunikasiya qaydalarına uyğun olaraq məlumatları zamanında rəhbərinə bildirir;
  • Təqdim edilmiş təlimat üzrə daxili (şöbə daxili) və xarici (digər şöbə/bölmə arasında) kommunikasiyanı yaradır və məlumat mübadiləsini uyğun şəkildə icra edir;
  • Üst rəhbərinin təyin etdiyi plan üzrə ona tapşırılan nəzarət, audit, yoxlama və monitorinqləri icra edir;
  • Xronometraj proseslərində iştirak edir, təsbit etdiyi uyğunsuzluqlara dair düzəltici və önləyici fəaliyyətlərə dair təklif və tövsiyyələrini bildirir.

Tələb olunan bilik və bacarıqlar:

  • MS office proqramlarında işləmə bacarığı;
  • Problem həll etmə bacarığı;
  • Araşdırma və stresli şəraitdə işləmə bacarığı

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil- Ali ( Kimya mühəndisi, Qida mühəndisi sahəsi üzrə)
  • İstehsalat sahəsində ən azı 1 il iş təcrübəsi

İş şərtlərimiz:

  • İş qrafiki: Növbəli
  • İş saatları: (08:00-20:00) – (20:00-08:00)
  • İş yeri: Hökməli

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;
  • Servis şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyət üzrə mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İT Biznes Analitik

  • Tarix:

    19-04-2024

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Biznes tələblərinin analizi və təsdiqlənmiş tələblər üzərindən texniki tapşıqların hazırlanması;
  • Texniki tapşırıqların əsasında iş planlarının tərtibi və işlərin izlənilməsi;
  • Texniki tapşırıqlar üzərindən işlərin təhvil alınması və testlərin edilməsi;
  • Görüşlərin aparılması və protokolların tərtib edilməsi;
  • Dəyişiklik tələblərinin analiz edilməsi və müvafiq olaraq razılaşdırılması;
  • Dəyişiklik təlimlərinin planlanması və keçirilməsi;
  • Dəyişikliklərin sənədləşdirilməsi;
  • İşləyən proseslərin analiz edilməsi və təkliflərin hazırlanması.

Tələb olunan bilik və bacarıqlar:

  • Yüksəs analitik təhlil və doğru tələb formalaşdırma bacarığı;
  • Operativ qərarvermə və punktuallıq bacarığı;
  • Fikrini dəqiq, dolğun və səlis təqdimetmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil (Biznes inzibatçılığı və İT sahəsində təhsilə üstünlük verilir);
  • Müvafiq sahə (Distribusiya sahəsi üzrə üstünlükdür üzrə minimum 2 il iş təcrübəsi;
  • İngilis dilini texnik səviyyədə bilməli;
  • Kompüter bilikləri: ERP (SAP, Logo Tiger, 1C və s.), T-SQL, Excel proqramlarını bilməli;
  • Proseslərin diaqramlarını çəkə və oxuya bilməsi (BPMN2.0) üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C..

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İT Biznes Analitik” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CV Göndər

Şəxsi məlumatlar

Fayl seçilməyib

CV və ya digər sənədinizi əlavə edin
Mümkün fayl növləri: .doc.txt.pdf

Təhsil
Ali təhsil
KURSLAR
KOMPÜTER BİLİKLƏRİ
DİL BİLİKLƏRİ
İş təcrübəsi
Tövsiyyə edə bilən şəxslər