Karyera İstehsalat və İnventarlar üzrə Aparıcı Mühasib
İstehsalat və İnventarlar üzrə Aparıcı Mühasib

Tarix:
05.10.2018

Şəhər:
Bakı

Əmək haqqı:
Razılaşma yolu ilə

Vəzifə və öhdəliklər:

• Sistemə yeni reseptlərin daxil edilməsi;
• Mövcud reseptlərdə maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
• Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqayisənin aparılması;
• Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqayisə olunması;
• Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
• Ay sonu istehsal sahəsində çalışan işçilərin əmək haqqılarının və kommunal xərclərinin müəyyənləşdirilməsi və sistemə daxil edilməsi;
• Aylıq istehsal edilmiş məhsulların tam maya dəyərinin formalaşdırılması;
• İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin edilməsi;
• Ay sonu sahələrin imzalı qalıqlarının tələbi və sistemə daxil edilməsi;
• Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
• Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etmək, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirmək;
• Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirmək.

Namizədə olan tələblər:

• İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə ali təhsil;
• Böyük ticarət şəbəkələrində və ya istehsal sahələrində 3 illik iş təcrübəsi;
• Müvafiq sahə üzrə sertifikatlar arzuolunandır;
• ERP sistemləri üzrə təcrübə, eyni zamanda LOGO Enterprise, MS Excel üzrə biliklər;
• Mühasibat qaydaları, Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda biliklər;

Şərtlər:

• 5 günlük iş qrafiki;
• Şirkət hesabına nahar;
• Tibbi sığorta;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “İstehsalat və İnventarlar üzrə Aparıcı Mühasib” yazaraq hr@avrora.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.