Karyera Hüquqşünas
Hüquqşünas

Tarix:
31.01.2020

Şəhər:
Bakı

Əmək haqqı:
razılaşma ilə

“AVRORA” MMC “Hüquqşünas” vəzifəsi üzrə vakansiyanı açıq elan edir!

Vəzifə öhdəlikləri:

  • Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya və kassasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s. )hazırlanması;
  • Məhkəmə qətnaməsi nəticəsində icraya yönəlmiş işlərin təqib edilməsi;
  • Qanuni qüvəyyə minmiş Məhkəmə qərarlarını icraya yönəltmək və Məhkəmə icraçıları ilə əməkdaşlıq edərək qərarların icra edilməsi;
  • İnzibati və Vergi işləri ilə məşğul olunması;
  • Cinayət işi materiallarının hazırlanması.

Tələblər:

  • Ali təhsil (Hüquq sahəsində);
  • Yaş həddi : 25-40;
  • Hüquq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Dil biliyi : Azərbaycan dili (mükəmməl), Rus dili (orta səviyyədə);
  • Hüquqi nitq və yazışma qabiliyyəti;
  • İş ilə bağlı ezamiyyətlərə getməkdə çətinliyi olmamalı.

 

İş Şərtləri:

  • Həftədə 5 iş günü;
  • İş saatları: 09:00-18:00;
  • Tibbi Sığorta ilə təminat;
  • Şirkət hesabına nahar.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.