Media

1 / 1

“AVRORA “MMC-nin “AVRO PACK” polietilen fabriki fəaliyyətə başlamışdır. Fabrikdə müxtəlif növ polietilen məhsullar istehsal edilir. Polietilen fabriki Çin və Türkiyənin ən qabaqcıl, müasir avadanlıqları ilə təchiz edilmişdir.
Fabrikdə “Shrink Mono”, “ABA”, təkrar emal, kəsim, mətbəə avadanlıqları vasitəsi ilə müxtəlif növ və ölçülərdə, qalınlıq və rənglərdə olan polietilen məhsullarının istehsalına nail olmaq mümkündür. Həmçinin streç avadanlığı vasitəsilə sifarişçilərin istək və tələblərinə uyğun müxtəlif ölçü və çəkilərdə əl və avtomat tipli streçlər istehsal edilir.
Ümumilikdə fabrikdə termosellofan, körüklü və körüksüz polietilen kisələr, müxtəlif kəsim və dizaynda polietilen paketlər, streçlər, istixana örtükləri istehsal olunur.
Əsas və köməkçi istehsalat sahələri, həmçinin anbarlardan ibarət olan fabrikin aylıq istehsal həcmi 400 tondan artıqdır. “Avro Pack” polietilen fabrikində istehsal olunmuş məhsullar hazır məhsul anbarlarında toplanaraq müştərilərə çatdırılır.