Media

1 / 1

Avrora Qrup 22 noyabr tarixində KOBİA-nın təşkilatçılığı ilə Tükiyənin Ankara şəhərində təşkil edilmiş ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yüzilliyinə həsr olunmuş “İş dünyası – 100 ilin zirvəsi” tədbirində baş sponsor olaraq iştirak edib. Sərgidə şirkətin qazlı sərinləşdirici içki, makaron və qənnadı istehsalına aid məhsullarının bir qismi təqdim edilmişdir. Tədbir zamanı şirkət yeni korporativ biznes əlaqələrinin inkişafına, ixrac axınına müsbət təsir edən əməkdaşlıqların yaranmasına nail olmuşdur. Həmçinin, tədbir çərçivəsində Avrora Qrup sertfikata layiq görülmüşdür. Bundan əlavə, işgüzar səfərboyu türk yerli istehsal şirkətlərinin iş prosesleri ilə yaxından tanışolma şansı yaranmışdır.