Медиа

1 / 1

Avrora Qrup təchizatçıları və tərəfdaşları ilə əməkdaşlığı inkişaf etdirmək, onların bilik və bacarıqlarının inkişaf etdirmək məqsədi ilə təlim proqramına start verib. “Avrora Qrup” Azərbaycanın aparıcı kənd təsərrüfatı müəssisəsi olan “Agro Dairy” MMC-nin əməkdaşları ilə birgə sınaq və təlimlər həyata keçirib.
“Agro Dairy” MMC öz əməkdaşlarının bilik səviyyəsini artırmaq, buğda qəbulunda analiz metodlarını öyrənmək məqsədi ilə “Avrora Qrup”a müraciət etmiş və müraciət əsasında bir həftəlik təlim təşkil edilmişdir.
Qeyd edək ki, ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya iki bölmədən ibarətdir. Laboratoriyada fiziki-kimyəvi və mikrobioloji sınaqları həyata keçirilir.