Карьера
Tikinti üzrə qrup rəhbəri
Tikinti üzrə qrup rəhbəri

Дата:
05.10.2018

Город:
Bakı

Зарплата:
Razılaşma yolu ilə

Vəzifə və öhdəliklər:

• Tikinti işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələrə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
• İş proqramına uyğun olaraq, öhdəliyə götürülmüş inşaat layihəsini vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək və layihənin əvvəldən axıra kimi koordinasiyasını təmin etmək;
• Tikinti obyektləri üçün lazımi sənədlərin alınmasını təmin etmək;
• Material, işçi heyəti və podratçı ehtiyaclarını əvvəlcədən müəyyən etmək;
• Günlük və aylıq məruzələr hazırlamaq;
• Xərclər barədə məlumatları müəyyən olunmuş formalarda saxlamaq;
• Tikinti sahəsində daşınma işlərini həyata keçirmək;
• Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
• Qurulacaq əsas iş prosesinə uyğun təlimatlar hazırlamaq;

Vakansiya ilə bağlı tələblər:

• Ali texniki təhsil
• Müvafiq sahədə ən az 5 il təcrübə
• Məsuliyyət və dəqiqlik 
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarına yaxşı bələd olmaq

Şərtlər:

• 5 günlük iş qrafiki;
• Tibbi sığorta;
• Şirkət hesabına nahar

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Tikinti üzrə qrup rəhbəri” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Mexanik
Mexanik

Дата:
05.10.2018

Город:
Bakı

Зарплата:
Razılaşma yolu ilə

Pul vəsaitlərinin hərəkəti üzrə mütəxəssis (Cash Flow specialist)
Pul vəsaitlərinin hərəkəti üzrə mütəxəssis (Cash Flow specialist)

Дата:
05.10.2018

Город:
Bakı

Зарплата:
Razılaşma yolu ilə

 

Vəzifə və öhdəlklər:

• Maliyyə planı üzrə məlumatların şirkətin bütün departamentlərindən alınması;
• Aylıq, rüblük, illik maliyyə planının hazırlanması, təhlili və nəzarəti;
• Gündəlik pul vəsaitləri hərəkətinin idarə olunması;
• Qısa və uzun müddəli iqtisadi maliyyə planlarının veriləməsi, icrasına nəzrətin təmin olunması;
• Müəyyən olunmuş maliyyə risklərinin azaldılması məqsədi ilə tədbirlər planın hazırlanması;
• Fəaliyyət sahəsinə uyğun prosedurların qiymətləndirilməsini və təkmilləşdirilməs üçün təkliflər irəli sürmək;
• Müxtəlif layihələrin iqtisadi təhlil və proqnozlarının hazırlanmasını həyata keçirmək.

Vakansiya ilə bağlı tələblər:

• Ali təhsil (Maliyyə, Riyaziyyat və aidiyyatı sahələr);
• Aidiyyatı sahə üzrə beynəlxalq sertifikatlara sahib olması üstülükdür;
• Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
• Rus dili səlis, İngilis dili arzuolunandır;
• Maliyyə proqnozları, risklər müxtəlf maliyyə təhlilləri apara bilmə qabiliyyətinə sahib olmalı;
• MS Office (xüsusən Excel) əla səviyyədə bilməli;
• Yüksək riyazi hesablamalar apara bilmək qabiliyyətinə sahib olmalı;

Şəxsi keyfiyyətlər:

• Analitik təhlil qabiliyyətli;
• Komanda ilə işləmək bacarığı;
• Stressə davamlı;
• Dəqiq, məsuliyyətli və punktual olmaq, detallara önəm verə bilmək.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Cash Flow specialist” yazaraq hr@avrora.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.