Karyera

Vakansiyalar

Baş Mühasib

  • Tarix:

    15-12-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Salınalma əməliyyatları və üzləşmələrə nəzarət edir;
  • İstehsalatın uçotuna nəzarət edir;
  • İnventar hərəkətləri və qalıqların düzgünlüyünə nəzarət edir;
  • Satış əməliyyatlarının uçotuna nəzarət edir;
  • Pul vəsaitlərinin hərəkətinə nəzarət edir;
  • Ay bağlanması, maya dəyərini hesablayır;
  • Müvafiq maliyyə hesabatlarını hazırlayır ( Mənfəət-zərər, Maliyyə vəziyyəti haqqında və Pul vəsaitlərinin hərəkəti haqqında hesabat)

Tələb olunan bilik və bacarıqlar:

  • Logo Tiger proqramı üzrə yüksək biliklər;
  • Yaxşı səviyyədə Excel bilikləri;
  • ACCA MA və FA sertifikatlarının olması üstünlükdür;
  • Əmək və vergi qonunvericiliyi bilikləri olması arzuolunandır.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə);
  • İş təcrübəsi: Maliyyə rəhbəri vəzifəsində minimum 3 il, istehsal müəssisəsində 2 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: 6 günlük iş qrafiki;
  • İş saatları: 09:00-17:00;
  • İş yeri: Sabunçu rayonu, Balaxanı qəsəbəsi, "Balaxanı Sənaye Parkı"

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş Mühasib” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Daxili nəzarət üzrə Şöbə rəhbəri

  • Tarix:

    16-12-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Şöbənin illik daxili nəzarət və yoxlama planının hazırlanmasına və icrasına rəhbərlik etmək;
  • Risklərin dəyərləndirilməsi və prioritetləşdirilməsi əsasında nəzarət strategiyasını formalaşdırmaq;
  • Uyğunsuzluqların yaranma səbəblərini araşdırmaq və tənzimləyici tədbirlərin icrasını təmin etmək;
  • Daxili nəzarət yoxlamalarını təşkil etmək, icrasına nəzarət etmək və hesabatlıq prosesi idarə etmək;
  • Şirkət siyasətləri, prosedurlar və standartlara uyğunluğun qiymətləndirilməsini təmin etmək;
  • Aktivlərin qorunması, sayımların təşkili və inventar proseslərinə nəzarət etmək.
  • Struktur bölmələrdə aşkar edilmiş uyğunsuzluqlar üzrə təkmilləşdirici təkliflər hazırlamaq və icrasını izləmək;
  • Şöbə əməkdaşlarının fəaliyyətinə rəhbərlik etmək, iş yükünü bölüşdürmək və intizamın təmin olunmasına nəzarət etmək;
  • Daxili nəzarət nəticələrinə dair analitik hesabatlar və rəy hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Konfidensiallıq, obyektivlik və etik davranış prinsiplərinə riayət olunmasına nəzarət etmək;
  • Şirkətdaxili komissiyalarda, işçi qruplarda şöbəni təmsil etmək və nəzarət mühitinin inkişafına töhfə vermək;
  • Büdcə və şöbə xərclərinin idarə edilməsinə nəzarət etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Komanda idarəetmə bacarığı;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Hesabatlılıq və proses idarəçiliyi bacarığı;
  • Daxili nəzarət sistemləri, nəzarət nöqtələri və risk yönümlü nəzarət metodologiyası üzrə dərin bilik;
  • ERP sistemləri ilə işləmə bacarığı (SAP və s.) – üstünlükdür;
  • MS Office proqramlarında yüksək səviyyə, xüsusilə Excel-də analitik hesabat hazırlama bacarığı;
  • FMCG, retail, istehsalat və ya logistika sahəsində iş təcrübəsi üstünlük sayılır.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqədar sahə);
  • Daxili nəzarət, risk və ya inventarizasiya sahəsində minimum 3–5 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş yeri: Avrora Sənaye Parkı (Hökməli)

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət üzrə Şöbə rəhbəri” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Məhsul Meneceri

  • Tarix:

    22-01-2026

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlaması və reallaşdırması;
  • Məhsul çeşidi əsasında satış və geri qaytarma nəticələrinin təhlil edilməsi və SKU optimazasiyasının aparılması;
  • Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımi tədbir planının hazırlanması;
  • Portfelində mövcud olan məhsulların, tədbir planına əsasən, zəruri reklam materiallarının formatının, sayının, növünün və büdcəsinin təhlil edilməsi, ərazidə yerləşməsinə və effektiv istifadəsinə nəzarət edilməsi;
  • Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasının, yeni məhsulların buraxılmasının və aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
  • Cari və növbəti illər üçün menecerə həvalə edilmiş kateqoriya üzrə satış və mənfəətlilik planlarını təhlil edilməsi;
  • Marketinq planının hazırlanmasında iştirak edilməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
  • Brend üzrə qiymət siyasətini mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi;
  • Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı və bunun üçün tələbat), istehlakçıların məhsula münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.

Tələb olunan bilik və bacarıqlar :

  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Güclü analitik düşüncəyə malik olması;
  • Təqdimat proqramlarında işləmək bacarığı (PPT hazırlanması və s.);
  • Excel , Power BI və SAP proqramları üzrə biliklər;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (Marketinq ixtisası üzrə bakalavr dərəcəsi);
  • Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi;
  • İngilis və Rus dili biliyi arzuolunandır.

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhsul meneceri” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Aparıcı auditor

  • Tarix:

    02-02-2026

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsi;
  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
  • Audit layihəsi çərçivəsində tabeliyində olan əməkdaşların işinə dəstək göstərilməsi və nəzarət edilməsi;
  • Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edilməsi;
  • Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak edilməsi;
  • Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsinin təmin edilməsi;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının hazırlanmasında iştirak edilməsi;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrin verilməsi və təqdim olunan tədbirlər planının icrasının monitorinqinin keçirilməsi;
  • İştirak etdiyi audit layihəsi çərçivəsində tabeliyində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak edilməsi;
  • Daxili Audit Departamentinin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.
  • Rəhbərliyin tapşırıqlarını və xüsusi audit sorğularını yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Certified Internal Auditor (CIA) və ya ACCA üzrə sertifikatların olması üstünlükdür;
  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməsi üstünlükdür;
  • Audit prosedurlarının həyata keçirilməsi üçün pərakəndə sektoru üzrə ümumi biliklərin və müvafiq sahədə biznes prosesləri üzrə anlayışın olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları.
  • Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;
  • Problem həlletmə bacarığı;
  • Səlist və aydın danışıq qabiliyyətinin olması;
  • Diqqətlilik.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, idarəetmə və ya əlaqəli sahələr üzrə;
  • Audit sahəsi üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri: MS Windows məhsulları ilə işləmək bacarığı;

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı auditor” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Auditor

  • Tarix:

    02-02-2026

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsində iştirak edilməsi;
  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsində iştirak edilməsi;
  • Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edilməsi;
  • Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak edilməsi;
  • Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsinin təmin edilməsi;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrin verilməsi və təqdim olunan tədbirlər planının icrasının monitorinqinin keçirilməsi;
  • Daxili Audit Departamentinin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.
  • Rəhbərliyin tapşırıqlarını və xüsusi audit sorğularını yerinə yetirmək.
  • Bütün növ iş sənədlərinin qorunub saxlanılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Certified Internal Auditor (CIA) və ya ACCA üzrə sertifikatların olması üstünlükdür;
  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməsi üstünlükdür;
  • Audit prosedurlarının həyata keçirilməsi üçün pərakəndə sektoru üzrə ümumi biliklərin və müvafiq sahədə biznes prosesləri üzrə anlayışın olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları
  • Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;
  • Problem həlletmə bacarığı;
  • Səlist və aydın danışıq qabiliyyətinin olması;
  • Diqqətlilik.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (Mühasibat uçotu və audit,idarəçilik,iqtisadiyyat,maliyyə);
  • İş təcrübəsi: Min. 1 il ( Mühasibatlıq, Maliyyə, Audit sahəsi üzrə)
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri: MS Windows məhsulları ilə işləmək bacarığı;

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Auditor” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CV Göndər

Şəxsi məlumatlar

Fayl seçilməyib

CV və ya digər sənədinizi əlavə edin
Mümkün fayl növləri: .doc.txt.pdf

Təhsil
Ali təhsil
KURSLAR
KOMPÜTER BİLİKLƏRİ
DİL BİLİKLƏRİ
İş təcrübəsi
Tövsiyyə edə bilən şəxslər