İstehsalat

"Avrora Qrup"un əsas üstünlüklərindən biri yerli və beynəlxalq standartların ən yüksək tələblərinə cavab verən istehsal sahəsi qurmasıdır. Bütün istehsal xətləri Abşeron yarımadasında – Avrora Sənaye Parkında yerləşir. Bu istehsal olunan məhsulların ölkənin bütün nöqtələrinə çatdırılması və logistika proseslərinin maksimal effektli olmasını təmin edir. Məhsulların keyfiyyətini istehsalda dünyanın aparıcı texnologiyaların istifadəsi təmin edir. Sənaye Mərkəzində fəaliyyət göstərən zavodlarda İsveçrənin “Buhler”, İtaliyanın “İmaforni”, “CFT” avadanlıqları qurulmuşdur. Bundan başqa makaron fabrikində İtaliyanın "Favo", vafli zavodunda Avstriyanın “Frans Haaz” şirkətinə məxsus avadanlıqlar qurulmuşdur.

Biz yalnız yeni texnologiyalardan istifadə edirik və istehsal proseslərini daim təkmilləşdirərək məhsullarımızın mükəmməllikliyini təmin edirik. Həm son məhsul, həm də istehsal proseslərinin keyfiyyət nəzarəti dəqiqliklə həyata keçirilir.