“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
“Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribüter fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.
2001-ci ildə “Avrora Qrup” fəaliyyət istiqamətlərini genişləndirərək bazarda həm də istehsalçı şirkət kimi tanınmağa başlamışdır. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki vardır. Fabriklərdə Avstriyanın “Buhler”, “Franz Haas”, İtaliyanın “İmaforni”, “CFT”, “Fava”, “Ricciarelli”, “Landucci”, Almaniyanın “KRONES” və digər avadanlıqlar quraşdırılmışdır. Bu fabriklər İSO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi və İSO 9001:2015 Keyfiyyətin İdarəedilməsi Sistemi əsasında fəaliyyət göstərir. Avrora Qrup tərəfindən Qida Təhlükəsizliyinin təmin edilməsi üçün hazırlanmış AVR QTS-01 Qida Təhlükəsizliyi Siyasəti sənədi bütün istehsal sahələrinə şamil edilir. Qeyd olunan fabriklərdə Doymak, Lafarella, Günaydın, Tanelli markalı makaronlar, Doymak və Günaydın markalı unlar, Bizon, Berg Glucose, Berg Skyline qazlı vitaminləşdirilmiş içkilər, GO və Stolichnaya spirtli kokteyllər, Çinarlı süfrə suyu, Kreki krekerləri, Sladena və Barovski peçenyeləri, Sladok vafliləri və digər brendlər istehsal olunur.
“Avrora Qrup” ixrac imkanlarını genişləndirərək Azərbaycan iqtisadiyyatına da öz töhfəsini verməkdədir. Şirkət istehsal etdiyi məhsulları Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Türkmənistan, Gürcüstan, Liviya və digər ölkələrə ixrac edir.