Карьера Hüquqşünas (Korporativ sahə üzrə)
Hüquqşünas (Korporativ sahə üzrə)

Дата:
11.12.2017

Город:
Baku

Зарплата:
Razılaşma əsasında

       Vəzifə və öhdəliklər

 

  • Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
  • Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirtmək və rəy vermək;
  • Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
  • Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
  • Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
  • Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
  • Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.

 

Namizədə olan tələblər

 

  • Hüquq elmləri üzrə ali təhsil;
  • Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi;
  • Dil bilikləri: Rus və ingilis dili yüksək səviyyədə;
  • Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir.
  • Yaş məhdudiyyəti: 33 yaş – 55 yaş.

 

Şərtlər:

 

  • Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
  • Şirkət hesabına nahar;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Korporativ sahə üzrə hüquqşünas” yazaraq hr@avrora.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar