Avrora Qrup kollektivi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağrışı və təşəbbüsünə qoşularaq Mərkəzi Qan Bankında qanvermə aksiyasında iştirak edib. Məqəsəd son günlərdə Koronavirus pandemiyası ilə əlaqədar qan xəstəliyi olan uşaqların üzləşdiyi qan çatışmazlığının aradan qaldırılmasına töhvə verməkdir.
Qanvermə aksiyasında iştirak edənlər öncə Mərkəzi Qan Bankının peşəkar həkim kollektivi tərəfindən müayinə edilib. Daha sonra müvafiq prosedur üzrə qan verilib. Qanvermə aksiyası zamanı əldə edilən qan Talasemiya və Hemofiliya xəstəliyindən müalicə olunan uşaqlara pulsuz veriləcəkdir.
Bütün partnyorlarımızı və vətandaşlarımızı bu işdə birgə olmağa çağırırıq!
#bizbirlikdəgüclüyük