Avrora Şirkəti Azərbaycanın ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının atdığı bu qürürverici addımları dəstəkləyir, daima şanlı ordumuzun və məğrur xalqımızın yanında olduğunu bəyan edir.
Avrora bu həssas dönəmdə qüdrətli ordumuzun istifadəsi üçün 5 ədəd ISUZU markalı yük avtomobilni ordumuzun N saylı hərbi hissəsinə təhvil vermişdir. Bundan başqa digər yük avtomobillərinin də səfərbərlik şərtlərinə uyğunluğu yoxlanılmış və hazır vəziyyətə gətirilmişdir.
Avrora Şirkəti eyni zamanda ordumuza dəstək məqsədilə Beyləqanda yerləşən N saylı hərbi hissəyə öz istehsalı olan məhsullardan bir yük maşını qida məhsulu təhvil vermişdir.
Qürurla qeyd etməliyik ki, Avrora Şirkətində çalışan 100-dən çox əməkdaşımız Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək üçün cəbhə bölgəsinə yollanıb. Hər kəs kimi onlardan da gələcək qələbə xəbərlərini gözləyirik.
Hər zaman Azərbaycan dövlətinin, xalqının və ordusunun yanında olan Avrora Qrup bu istiqamətdə lazım olan bütün addımları atmağa davam edəcək. Qarabağ Azərbaycanındır!
#KarabakhisAzerbaijan #AvroraGroup #Azərbaycanordusu #Avrora #Qarabağ