Avrora Qrup beynəlxalq standartların tətbiqi ilə bağlı layihələrini davam etdirərərk İSO 22000:2018 Qida Təhlükəsizliyi Menecmenti Sistemi sertifikatını əldə edib. Bundan əvvəl Avrora şirkəti İSO 9001:2015 Keyfiyyətin İdarə edilməsi sistemi üzrə sertifikatı əldə etmişdi.
Avrora Qrup istehsal sahəsinin inkişaf etdirilməsi və yeni istehsal xətlərinin alınması istiqamətində daima araşdırmalar edir, yeni məhsullarını bazara çıxarır. Bu məhsullar Azərbaycan bazarı ilə yanaşı dünya bazarına da ixrac olunur. Ölkəmizin ixrac imkanları genişlənir.
İstehsal olunan məhsulların keyfiyyətinin daima nəzarətdə saxlanılması, dünya tələblərinə cavab verən istehsal sahələrinin formalaşdırılması üçün Şirkətin Qida Təhlükəsizliyini Təmin edən qrupu ( HACCP) yaradılıb. Avrora şirkəti bu il beynəlxalq audit yoxlamasından keçərək İSO 22000:2018 Qida Təhlükəsizliyi Menecmenti Sistemi sertifikatı üzrə nəzarət auditini uğurla tamamlayıb və sertifikatı əldə edib. Şirkət 2019-cu ildə isə İSO 9001:2015 Keyfiyyətin İdarə edilməsi sistemi standartı üzrə nəzarət auditini uğurla tamamlamış və müvafiq sertifikatı əldə etmişdi.
Şirkət eyni zamanda müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyasında ən son müayinə və yoxlama metodlarını tətbiq edir. Bununla paralel Avrora 2021-ci ildə dünya tələblərinə uyğun, İSO 17025 standartlı, akreditə olunmuş laboratoriyanı istismara verməyə hazırlaşır.