Avrora Qrup “Sosial-ictimai məsuliyyət” dəyərinə sadiq qalaraq, şirkətin baş ofisində talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası həyata keçirib. Aksiyanın məqsədi qan xəstəliyi olan uşaqların son günlərdə üzləşdiyi qan çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.
Qanvermə aksiyasında iştirak edən şirkət əməkdaşları öncə Mərkəzi Qan Bankının peşəkar həkim kollektivi tərəfindən müayinə edilib. Daha sonra müvafiq prosedur üzrə qan verilib. Qanvermə aksiyası zamanı əldə edilən qan talassemiya və hemofiliya xəstəliyinə görə müalicə olunan uşaqlara göndərilmişdir.
Bütün partnyorlarımızı və vətandaşlarımızı bu işdə birgə olmağa çağırırıq! Unutmayaq uşaqların həyatı bizim damarlarımızda axır. Qan bağışlayaq, həyat xilas edək!
#bizbirlikdəgüclüyük #mükəmməllikmümkündür #AvroraMMC #AvroraQrup