1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Avrora Qrup “Ümid Yeri" uşaq evi və uşaq sığınacağında yerləşən uşaqları sevindirib. Belə ki, şirkət “Sosial-ictimai məsuliyyət” dəyərinə sadiq qalaraq, “Azərbaycanı tanıyaq” layihəsini həyata keçirib.
Layihə çərçivəsində "Ümid Yeri" uşaq sığınacağında məskunlaşan uşaqlar Şamaxı və İsmayıllı rayonlarına səfər edib. İlk olaraq uşaqlar Şamaxı rayonunda yerləşən Cümə məscidini və Şamaxı Astrofizika rəsədxanasını gəziblər. Daha sonra istiqamət Şamaxının ən qədim yeri – Dəmirçi kəndi olub. Şamaxı rayon Dəmirçi Arxeologiya Muzeyinə ziyarət zamanı uşaqlar tarixi maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olublar.
Nahar fasiləsindən sonra istiqamət Azərbaycanın ən qədim kəndlərindən biri Lahıca olub. Lahıcda uşaqlar misgərlik, toxuculuq, dulusçuluq və digər qədim sənət növləri ilə yaxından tanış olublar. Daha sonra İsmayıllı rayonu, Qaraqaya kəndində uşaqlar üçün Avrora şirkəti tərəfindən təşkil edilən bayram şənliyi olub. Burada uşaqlar əyləncəli vaxt keçirərək, müxtəlif oyunlar oynayıblar.
Məlumat üçün bildirək ki, Avrora şirkəti 2021-ci ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara xüsusi yer ayıraraq, bu istiqamətdə silsilə tədbirləri davam etdirməyi planlaşdırıb. Məqsəd gələcəyimiz olan uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir.
#AvroraQrup #1iyun #uşaqlargünü #Şamaxı #Azərbaycanıtanıyaq #Ümidyeri #AvroraMMC