Media

1 / 1

Bilik Günü münasibəti ilə Avrora Qrup və şirkətə məxsus olan Berg Glucose brendi sosial məsuliyyət proqramına uyğun olaraq Göygöl rayonunun Keşkü kənd orta məktəbində təhsil alan bütün şagirdləri məktəb ləvazimatları və çantalarla təmin edib. Şirkət eyni zamanda ali məktəbə hazırlaşan yuxarı sinif şagirdlərinə fənlər üzrə testlər də hədiyyə edib.

Görüşdə çıxış edən məktəb direktoru mətəblilərə lazım olan bütün ləvazimatları təmin etdiyinə görə Berg GlucoseAvrora Qrupa öz təşəkkürünü bildirib. Avrora şirkətinin əməkdaşları da öz növbəsində şagirdləri yeni tədris ili münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb. 

Məlumat üçün bildirək ki, Avrora şirkəti 2021-ci ilin "Korporativ sosial məsuliyyət proqramı"nda uşaqlara xüsusi yer ayırıb. İl ərzində keçirilən sosial layihələrin məqsədi uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir.

Tədbirin videosu: https://www.youtube.com/watch?v=kr1orkNRxuE&ab_channel=AvroraGroup

#AvroraQrup #15sentyabr #BilikGünü #birincilər #Göygöl #Keşkü #məktəb #AvroraMMC #Berg #Bergglucose #15SentyabrBilikGünü