20 Yanvar faciəsindən 32 il ötür.
Hər il 20 yanvar faciəsi ölkəmizin, eləcədə dünyanın hər yerində azərbaycanlılar tərəfindən anılır. Avrora Qrup kollektivi Vətən uğrunda qəhrəmanlıq göstərərək canından keçən şəhidlərimizi yad etmək üçün Şəhidlər xiyabanını ziyarət etmişdir. Şirkət rəhbərliyi və kollektivi 20 yanvar şəhidləri üçün ucaldılmış abidəni ziyarət edərək, şəhidlərimizin xatirəsini yad etmişdir.
20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş qan, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlıq mübarizə əzmini bütün dünyaya bəyan etdi.