Media

1 / 1

Avrora Qrup müxtəlif istiqamətlərdə işçilərin işə qəbulu ilə bağlı karyera günü təşkil edib. Keçirilən görüş zamanı 200-ə yaxın iş axtarışında olan namizədlərlə görüş keçirilib.
İlkin seçim mərhələsindən sonra karyera günündə iştirak etmiş 30 namizəd yenidən müsahibələrə cəlb olunmuş, onlardan 9 nəfəri isə işlə təmin edilmişdir. Məlumat üçün bildirək ki, müraciətlər üzrə digər uyğun namizədlər ehtiyat bazaya əlavə edilmiş və vakansiya yarandığı anda işəqəbul üçün dəyərləndiriləcəklər.
Qeyd edək ki, “Avrora Qrup” karyera günlərini davamlı təşkil edərək, işaxtaranların peşəkar mühitdə çalışa bilmələri, işsizliyin aradan qaldırılması, əmək bazarının potensialının daha da artırılması və digər kadr layihələrinə davamlı olaraq dəstək göstərəcəkdir. Növbəti karyera günü ilə bağlı məlumatı avrora.az internet səhifəsindən, “Avrora Qrup”un sosial şəbəkə hesablarından və xəbər portallarından əldə edə bilərsiniz.