Media

1 / 1

Hər il 15 fevral dünyada və ölkəmizdə Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd olunur. Bununla əlaqədar bütün dünya xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə dəstək olaraq uşaqlara sevinc və təbəssüm bəxş etməyə çalışır.

Bu günə diqqət çəkmək, xərçəng xəstəlikli uşaqların üzündə təbəssüm yaratmaq məqsədilə Avrora Qrup Uşaq Onkoloji Klinikasında müalicə alan uşaqlar üçün maraqlı layihə həyata keçirib. Belə ki, Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə klinikada müalicə alan uşaqlar üçün “Qoğalın Nağılı” teatr tamaşası nümayiş olunub. Bundan başqa Layihə zamanı şar və köpük şou, müxtəlif animatorlar və personajların iştirakı ilə maraqlı oyunlar, sehrbazın çıxışı və üz boyama təşkil edilib.

Tədbirin sonunda Avrora Qrup tərəfindən hər bir uşağa müxtəlif hədiyyələr təqdim edilib.