Media

1 / 1

Avrora Qrup ixrac imkanlarını genişləndirmək, yeni bazarlara çıxış əldə etmək üçün dünyanın ən böyük qida sərgilərindən biri “Prodexpo 2023 Moscow” sərgisində iştirak edib.

Sərgi zamanı “Avrora Qrup”un əsas brendləri : “Doymak”, “Lafarella”, “Kreki”, “Harika”, “Tanelli”, “Berg Glucose”, “Berg Skyline”, “Sladena”, “Barovski”, “Sladok” və s. müştərilərə və tərəfdaşlara təqdim edilmişdir.

Avrora Qrup bu böyük qida sərgisi platformasında müxtəlif ölkələrdən olan partnyorları ilə görüşmüş və yeni layihələri müzakirə etmişdir. Bundan başqa şirkət həmçinin yeni potensial müştərilərlə danışıqlara başlamış və öz ixrac coğrafiyasını genişləndirmə imkanlarını dəyərləndirmişdir.