Tərəfdaşlar
← Tərəfdaşlar
Kalleh
Solico Group hazırda İranın ən böyük süd məhsulları istehsalçılarından və ixracatçılarından biridir. Şirkət süd, pendir, dondurma, şokolad, hazır yeməklər, dondurulmuş məhsullar, qazlı və şirin içkilər, kolbasa və sosiska daxil olmaqla geniş çeşiddə qida məhsulları istehsal edir. Solico Group məhsullarını Birləşmiş Ərəb Əmirlikləri, İraq, Əfqanıstan və MDB ölkələrinə ixrac edir.
İllik satış dövriyyəsi 1 milyard ABŞ dollarını aşan şirkətin Kalleh brendi beynəlxalq qida bazarında tanınır və dünyanın aparıcı qida brendləri arasında ilk 50-likdə yer aldığı bildirilir.