Karyera Keyfiyyət üzrə Mütəxəssis
Keyfiyyət üzrə Mütəxəssis

Tarix:
19.02.2020

Şəhər:
Bakı

Əmək haqqı:
razılaşma ilə

“AVRORA” MMC “Keyfiyyət üzrə Mütəxəssis” vakansiyanı açıq elan edir!

Vəzifələr:

  • Cəmiyyətin istehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkilini etmək
    • İş metodunun, keyfiyyətə nəzarət proseduralarının hazırlanması
    • Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanması
    • Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
    • Sahələrdə risk analizinin aparılması;
    • Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi;
    • Müqavilələrin yoxlanılması.
    • İstehsalat, anbar, laboratoriya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət etməli;
    • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməli.

Tələblər:

  • Ali təhsil (Qida mühəndisliyi üzrə arzuolunandır);
    • ISO 9001, ISO 22000 sertifikatlarındakı tələblər üzrə lazımı vəzifələri yerinə yetirmək;
    • MS Office proqramları biliyi;
    • Problem və konfliktləri həll etmə bacarığı;
    • Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı.

İş Şərtləri:

  • Həftədə 5 iş günü;
  • İş saatları: 08:00-17:00;
  • Şirkət hesabına nahar;
    İş yeri Hökməli (servis şirkət tərəfindən təmin olunur);
  • Servis şirkət tərəfindən təmin edilir.
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyət üzrə Mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.