Karyera Kimyaçı Mühəndis
Kimyaçı Mühəndis

Tarix:
10.03.2020

Şəhər:
Absheron

Əmək haqqı:
razılaşma ilə

Vəzifələr: 

  • Laboratoriya avadanlıqları ilə işləmək bacarığı;
  • İstehsal olunan məhsulun fiziki -kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət etmək;
  • İstehsal olunan məhsullar üzrə xammal, yarımfabrikat və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyini təyin etmək üçün laboratoriya analizlərini aparmaq;
  • Hər gün istehsal olunan məhsulların qeydiyyatını aparmaq;
  • Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etmək;
  • Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq. 

 

Tələblər: 

  • Ali təhsil (kimya, biologiya, tibbi biologiya (mikrobioloq) sahəsində);
  • Kimyaçı - laborant və ya laborant mikrobioloq olaraq minimum 1 il iş təcrübəsi olmalı;
  • MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etmək bacarığı;
  • Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Spirtli içki istehsalı sahəsində çalışma imkanının olması;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

 

İş Şərtləri:

  • Növbəli iş rejimi;
  • Şirkət hesabına nahar;
  • Tibbi Sığorta ilə təminat;
  • İş yeri Hökməli (servis şirkət tərəfindən təmin olunur).

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Kimyaçı Mühəndis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.