Daima yeniliklərlə yadda qalan Avrora Qrup beynəlxalq standartların tətbiqi ilə bağlı layihələrin icrasını davam etdirir. Belə ki, şirkət İSO sertifikasiya proqramı çərçivəsində karbon qazı istehsalı üçün “Food Safety System Certi¬cation 22000 - FSSC 22000” sertifikasiyasından keçib və müəssisə sertifikatlaşdırılıb. Bu sertifikat qida zəncirinin hər bir mərhələsində qida istehsalçıları üçün qida təhlükəsizliyi sistemlərinin yoxlanılması üzrə beynəlxalq səviyyədə tanınmış ISO-sertifikasiya proqramıdır.
Karbon qazı istehsalı üçün əldə edilən FSSC 22000 sertifikatı ilə müəssisə aşağıdakı üstünlükləri qazanmışdır:
Qeyd edək ki, “Avrora Qrup” 2020-ci ildə Türkiyənin “KGS” firmasının ən müasir karbon istehsalı avadanlıqlarını ölkəmizə gətirərərk 2021 -ci ildə istismara vermişdir. Karbon Fabrikində “Alfa Laval”, “KGS”, “Johnson Control” firmasının avadanlıqları quraşdırılıb. Karbon Fabriki həm İçkilər Fabrikini xammalla təmin edir həm də satış üçün karbon istehsalını həyata keçirir. Karbon Fabriki “Bizon”, “Berg”, “Jaguar”, “Bingo”, “Stolichnaya”, “Strong”, “ Go Gold”, “Go Silver”, “Jara”, “CarlsBerg”, “NZS”, “TAC MMC”, “A+Co” kimi brendləri CO2 qazı ilə təmin edir.