Şirkət haqqında
Davamlı inkişaf, geniş fəaliyyət istiqamətləri və keyfiyyətə əsaslanan yanaşma ilə gələcəyə doğru irəliləyirik.

“Avrora” distributor şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
“Avrora” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distributor, istehsalçı və pərakəndə bazarında marketlər şəbəkəsi olan şirkətlərindən biridir.
Şirkət distributor fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.
2001-ci ildə “Avrora” fəaliyyət istiqamətlərini genişləndirərək bazarda həm də istehsalçı şirkət kimi tanınmağa başlamışdır. Şirkətin istehsalat sahələrini özündə birləşdirən Avrora Sənaye Parkında Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki vardır. Fabriklərdə Avstriyanın “Buhler”, “Franz Haas”, İtaliyanın “İmaforni”, “CFT”, “Fava”, “Ricciarelli”, “Landucci”, Almaniyanın “Krones” və digər avadanlıqlar quraşdırılmışdır. Bu fabriklər İSO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi və İSO 9001:2015 Keyfiyyətin İdarəedilməsi Sistemi əsasında fəaliyyət göstərir. Avrora tərəfindən Qida Təhlükəsizliyinin təmin edilməsi üçün hazırlanmış AVR QTS-01 Qida Təhlükəsizliyi Siyasəti sənədi bütün istehsal sahələrinə şamil edilir. Qeyd olunan fabriklərdə Doymak, Harika, Günaydın, Tanelli markalı makaronlar, Doymak, Harika və Günaydın markalı unlar, Bizon, Berg Glucose qazlı vitaminləşdirilmiş içkilər, Berg Tea sərinləşdirici çaylar, Harika qazozları, Berg Turbo qazlı içkisi, Go və Shot vodka adı altında spirtli kokteyllər, Çinarlı süfrə suyu, Kreki krekerləri, Sladena və Barovski peçenyeləri, Sladok vafliləri, OK brend adı altında müxtəlif kekslər və digər brendlər istehsal olunur.
“Avrora” ixrac imkanlarını genişləndirərək Azərbaycan iqtisadiyyatına da öz töhfəsini verməkdədir. Şirkət istehsal etdiyi məhsulları Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Türkmənistan, Gürcüstan, Liviya, İsrail və digər ölkələrə ixrac edir.
Qeyd edək ki, 2023-cü ildə Avrora yenidən pərakəndə bazarına yeni nəfəs gətirmiş və Tamstore Marketlər Şəbəkəsinin əsasını qoymuşdur. Marketlər şəbəkəsi Bakı və Sumqayıtla yanaşı Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərir.
İnkişaf tariximiz
1993 2026
-
1993 İlk addımdan istehsala doğru
İlk topdansatış mərkəzimiz fəaliyyətə başladı. Şirkət yerli bazarda xarici və yerli istehsalçıların məhsullarının topdan satışını həyata keçirərək fəaliyyət istiqamətini genişləndirdi. Paralel olaraq yeni istehsal sahələrinin yaradılmasına başlanıldı.
-
2001 İstehsal potensialımızı genişləndirdik
Avrora Qrup fəaliyyət istiqamətini genişləndirərək bazarda istehsalçı şirkət kimi tanınmağa başladı. Yeni istehsal sahələrinin yaradılmasına start verildi. -
2002 Yeni istehsal sahələri
Un və biskvit istehsalı fabrikləri fəaliyyətə başladı. -
2003 Makaron istehsalına başladıq
Makaron fabriki fəaliyyətə başladı və istehsal portfelimiz daha da genişləndi. -
2008 Bolmart pərakəndə satış şəbəkəsinin yaradılması
Bolmart pərakəndə satış şəbəkəsi fəaliyyətə başladı və mağazaların sayı qısa müddət ərzində 50-yə çatdı.
-
2009 Hökməli qəsəbəsində yeni logistika mərkəzinin istifadəyə verilməsi
İstehsal müəssisələri ilə əməkdaşlıq çərçivəsində Bakının Hökməli qəsəbəsində yeni logistika mərkəzi inşa edilərək istifadəyə verildi.
-
2014 İçki istehsalında yeni mərhələ
Avrora Group qazlı və qazsız içkilərin istehsalı üzrə ixtisaslaşmış yeni müəssisəsini istifadəyə verdi. Müəssisə CFT şirkətinin təchiz etdiyi müasir İtaliya texnologiyaları ilə təchiz olunub.
İstehlakçılara təqdim edilən məhsul çeşidinə Bison, Berg, GO və Çınarlı kimi tanınmış brendlər daxildir.
-
2017 Un İstehsalı Kompleksi
Şirkət Qafqaz regionunun ən böyük un istehsalı kompleksinin tikintisini başa çatdırdı. İsveçrənin Bühler şirkətinin avadanlıqları ilə təchiz edilmiş kompleksin aylıq istehsal gücü 6 500 tondur.
-
2020 Makaron istehsalı müəssisəsinin istifadəyə verilməsi
Avrora Sənaye Parkında yeni makaron istehsalı müəssisəsinin tikintisi başa çatdırıldı və müəssisə istifadəyə verildi.
Müəssisə ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi və ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə sertifikatlar əldə etdi.
-
2021 İstehsal imkanlarımız genişləndi
Karbon qazı (CO₂) fabriki istifadəyə verildi. -
2022 Yeni sahələrdə inkişaf mərhələsi
“Alcopoint” adı altında şərab evləri və Ellab laboratoriya-diaqnostika mərkəzi fəaliyyətə başladı.
-
2023 Yeni istiqamətlər, yeni brendlər
Polietilen fabriki fəaliyyətə başladı. Tamstore marketlər şəbəkəsinin ilk mağazası fəaliyyətə başladı.
-
2024 Avrora ailəsi genişlənir
“OVEN” şirkəti Avrora ailəsinə qoşuldu. -
2025 Şərabçılıq sahəsində yeni mərhələ
“Əsgəran” şərab zavodu yaradıldı və fəaliyyətə başladı.
-
2026 Premium marketlər şəbəkəsinin yaradılması və restoran biznesinin genişləndirilməsi
Tamstore+ premium marketlər şəbəkəsinin inkişafına başlanıldı, həmçinin Şaurma N1 restoran və kafelər şəbəkəsi satın alındı.
- 4000+
- ƏMƏKDAŞ SAYI
- 6
- İSTEHSALAT SAHƏSİ
- 800+
- BREND SAYI