Brendin inkişafı
Marketinq və PR komandamızla brendin bazarda mövqelənməsinə, tanınmasına və müştəri loyallığının formalaşmasına dəstək veririk.
Dünya brendlərini Azərbaycanın satış nöqtələri ilə birləşdiririk. Güclü distribusiya şəbəkəmizlə məhsulları, biznesləri və insanları bir araya gətiririk.
Avrora / Logistika mərkəzi
Şəbəkə marketlərdən fərdi mağazalara, restoranlardan subdistribyutorlara qədər geniş müştəri şəbəkəsi ilə çalışırıq. Hər satış kanalının ehtiyacına uyğun əməkdaşlıq qururuq.
Geniş məhsul portfelimizi şəbəkə marketlərin rəflərinə çatdırır, brendlərin mağazadaxili təqdimatını satış və merçendayzinq dəstəyi ilə gücləndiririk.
Müxtəlif ölçülü mağazaları gündəlik tələbat məhsulları və tanınmış brendlərlə təmin edərək yerli bizneslərin məhsul seçimini genişləndiririk.
Otel, restoran və kafelər üçün qida və içki portfelimizlə peşəkar mətbəxlərin və xidmət məkanlarının təchizatına dəstək veririk.
Kiçik satış məkanlarının formatına uyğun qida və içki çeşidlərini geniş distribusiya şəbəkəmiz vasitəsilə əlçatan edirik.
Regional satış tərəfdaşlarımızla əməkdaşlıq edərək brendlərin əhatə dairəsini genişləndirir və məhsulları daha çox istehlakçıya çatdırırıq.


Geniş anbar infrastrukturumuz və nəqliyyat parkımız məhsulların satış məntəqələrinə vaxtında çatdırılmasını təmin edir. İstehsalçıdan ticarət nöqtəsinə qədər hər mərhələdə etibarlı tərəfdaşınızıq.
Məhsullarınızı satış nöqtələrinə çatdıran logistika parkı.
Öz istehsalımızla yanaşı, yüzlərlə dünya brendinin məhsullarını Azərbaycan bazarına təqdim edirik. Gündəlik tələbatdan xüsusi seçimlərə qədər geniş çeşid bir ünvanda.
Qlobal qida və içki brendlərinin rəsmi və eksklüziv distribusiyası.
Məhsulun rəfə çatmasından brendin tanınmasına qədər satış, marketinq və logistika imkanlarımızı birləşdiririk.
Marketinq və PR komandamızla brendin bazarda mövqelənməsinə, tanınmasına və müştəri loyallığının formalaşmasına dəstək veririk.
Merçendayzinq komandamız məhsulların satış nöqtələrində təqdimatını gücləndirir, BTL və ATL fəaliyyətlərinin icrasında iştirak edir.
İnnovativ marketinq kampaniyaları planlayır və həyata keçiririk. Brendin mesajını istehlakçı ilə görüşdürürük.
Avrora istehsal etdiyi məhsullların satışı ilə yanaşı yüzlərlə dünya brendinin ölkəmizdə rəsmi təmsilçisidir. Dağıtımını həyata keçirdiyimiz məhsul kateqoriyalarına makaron, paxlalı məhsullar, çərəz, spirtli və spirtsiz içkilər, süd və süd məhsulları, konservlər, hazır yeməklər, bitki yağları, qənnadı və digər məhsullar daxildir. Şirkətimiz Azərbaycanın 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.
Bizim əsas müştərilərimiz:
Təmsilçisi olduğumuz brendlərə qatdığımız dəyər: