Anar Əsədov 1989-cu ildə anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr və magistr təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.
Maliyyə idarəçiliyi, strateji planlaşdırma və korporativ maliyyə sahəsində 15 ildən artıq təcrübəyə malikdir. Karyerasına 2010-cu ildə Nurgün Şirkətlər Qrupunda başlamış, 2013-cü ildə Avrora MMC-yə maliyyə meneceri kimi qoşulmuşdur.
2017–2019-cu illərdə bir sıra şirkətlərdə maliyyə direktoru vəzifəsində çalışmış, 2019-cu ildən Avrora MMC-nin, 2025-ci ildən isə Avrora Group-un Maliyyə Direktoru və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir.
Hazırda qrupun maliyyə strategiyasına, büdcə və maliyyə planlaşdırılmasına, investisiyaların qiymətləndirilməsinə və maliyyə risklərinin idarə olunmasına rəhbərlik edir.