Media

1 / 1
15 Sentyabr Bilik Günü ilə əlaqədar Avrora şirkəti sosial məsuliyyət proqramına uyğun olaraq Qusar rayonunun Cağar kənd orta məktəbində təhsil alan bütün şagirdləri məktəb ləvazimatları və çantalarla təmin edib. 
 
Görüşdə çıxış edən məktəb direktoru və Avrora şirkətinin əməkdaşları şagirdləri yeni tədris ili münasibəti ilə təbrik edib,  onlara uğurlar arzulayıb. 
 
Məlumat üçün bildirək ki, Avrora 2020-ci ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara xüsusi yer ayıraraq, bu istiqamətdə silsilə tədbirləri davam etdirməyi planlaşdırıb. Məqsəd sosial təminatı zəif uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir.
 
#AvroraQrup #BilikGünü #birincilər #Qusar #Cağar #məktəb #AvroraMMC