Media

1 / 1

Sentyabrın 22-də Avrora Qrupun mərkəzi ofisində könüllü qanvermə aksiyası keçirilib. Aksiyada 200-ə qədər könüllü qan verib.

Avrora Qrup və Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılan aksiyada Avrora Şirkətinin istehsal, ofis və satış əməkdaşları iştirak ediblər.

Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib və səhhətində problemi olmayan donorlardan qan götürülüb.

Qeyd edək ki, götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra döyüşlərdə yaralanan əsgərlər üçün istifadə olunacaq.