Media

1 / 1

Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı!  Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Novruzun bir bəzəyi də kosa və keçəldir. Keçəl qışı, Kosa isə yazı ifadə edir. Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır.

Avrora Qrup Birlik və bağlılıq” dəyərindən irəli gəlirək Novruz bayramı ilə əlaqədar “Avrora Sənaye Parkın”da və baş ofisində təntənəli tədbir keçirilmişdir. Kosa və Keçəl personajları ilə müxtəlif oyunlar, şən dəqiqələr yaşandı. Milli musiqilərimizlə, xalqımızın oyun havaları ilə şirkət əməkdaşları əyləncəli dəqiqələr yaşadı. Bu Novruz “Avrora Group”da xoş, səmimi və mehriban dəqiqlərlə yadda qaldı.

Tədbirdən videogörüntünü sizlərə təqdim edirik.