Media

1 / 1

Avrora MMC öz ixrac imkanlarını böyütmək və yeni bazarlara çıxış əldə etmək üçün Misirin Qahirə şəhərində keçirilən qida sərgilərindən biri “Food Africa” sərgisində iştirak edib. Sərgi 12 dekabr tarixində başlamışdır.

Sərgi zamanı “Avrora Qrup”un əsas brendləri : “Doymak”, “Bizon”, “Kreki”, “Harika”, "Lafarella", “Berg Glucose”, “Berg Skyline”, “Sladena”, “Borowski`s”, “Sladok” və s. müştərilərə və tərəfdaşlara təqdim edilmişdir.

Avrora Qrup bu böyük qida sərgisi platformasında müxtəlif ölkələrdən olan partnyorları ilə görüşmüş və yeni layihələri müzakirə etmişdir. Bundan başqa şirkət həmçinin yeni potensial müştərilərlə danışıqlara başlamış və öz ixrac coğrafiyasını genişləndirmə imkanlarını dəyərləndirmişdir.