Keyfiyyət üzrə Mütəxəssis (Anbar şikayətlər üzrə)

schedule Son tarix:
near_me Bakı

Əsas vəzifə öhdəlikləri:

  • İstehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət edilməsi;
  • İş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması;
  • Sahəyə daxil olan materialların və məhsulun keyfiyyətinə nəzarət olunması və keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanılması;
  • Şirkətə məxsus məhsullara dair daxil olan müştəri şikayətlərinin araşdırılması, səbəblərinin aşkarlanması və aradan qaldırılması üçün tədbirlərin təşkilinə və icrasına nəzarət edilməsi;
  • Qaynar xəttə daxil olan müştəri şikayətlərinə dair müştəri məmnuniyyətinin təmin edilməsi üçün lazımi tədbirlərin görülməsi, ehtiyac olduqda onlarla qarşılıqlı əlaqələr quraraq araşdırmaların edilməsi və periodik olaraq (rəhbərliyin sorğusuna əsasən) hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Şikayətlər əsasında müştəri məmnuniyyətinin qiymətləndirilməsi;
  • Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
  • Sahələrdə risk analizinin aparılması;
  • İstehsalata, anbara, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalara riayət edilməsinə nəzarət edilməsi;
  • Anbarda nəzarət etdiyi sahədə keyfiyyət-təhlükəsizlik, sanitar-gigiyena, zərərvericilərə qarşı mübarizə, təhlükə analizi və kritik nəzarət nöqtələrinə dair planların hazırlanması;
  • Nəzarət etdiyi proseslər üzrə risklərin dəyərləndirilməsi üçün vacib məlumatların toplanılması və rəhbərliyə təqdim edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • ISO 9001, ISO 22000 sertifikatlarının tələblərini bilmək;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Problem və konfliktləri həll etmə bacarığı;
  • Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (Kimya, Qida sənayesi üzrə üstünlükdür);
  • İş təcrübəsi: minimum 3 il (Qida istehsalı sahəsi üzrə təcrübə üstünlükdür).

İş şərtlərimiz:

  • İş qrafiki: Növbəli;
  • İş yeri: Avrora Sənaye Parkı (Hökməli qəs.);
  • Nahar və servis şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Şirkət hesabına korporativ nömrə;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyət üzrə Mütəxəssis (Anbar şikayətlər üzrə)” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Müraciət Anketi

No file chosen