Əsas vəzifə öhdəlikləri:
- İstehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət edilməsi;
- İş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması;
- Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinə nəzarət və keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanılması;
- Anbarda nəzarət etdiyi sahədə keyfiyyət-təhlükəsizlik, sanitar-gigiyena, zərərvericilərə qarşı mübarizə, təhlükə analizi və kritik nəzarət nöqtələrinə dair planların hazırlanması;
- Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
- Sahələrdə risk analizinin aparılması;
- İstehsalat sahələrində sanitar tədbirlərinin vaxtında aparılması üçün iş planlarının hazırlanması;
- Nəzarət etdiyi proseslər üzrə risklərin dəyərləndirilməsinin həyata keçirilməsi, proseslərin effektivlik kriteriyalarına görə yoxlanılması;
- İstehsalata, anbara, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarq riayət edilməsinə nəzarət edilməsi;
- Keyfiyyət və təhlükəsizliyə təsir edə biləcək hal olduqda daxili kommunikasiya qaydalarına uyğun olaraq məlumatların zamanında rəhbərliyə bildirilməsi;
- Anbara geri qaytarılan və satışa yararsız malların utilizasiyasının prosedura uyğun həyata keçirilməsinə dair rəyin bildirilməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərə hesabatların təqdim edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- ISO 9001, ISO 22000 sertifikatlarının tələblərini bilmək;
- MS Office proqramlarından istifadə bacarığı;
- Problem və konfliktləri həll etmə bacarığı;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali (Kimya, Qida sənayesi üzrə üstünlükdür);
- İş təcrübəsi: minimum 3 il (Qida istehsalı sahəsi üzrə təcrübə üstünlükdür).
İş şərtlərimiz:
- İş qrafiki: 5 günlük;
- İş yeri: Avrora Sənaye Parkı (Hökməli qəs);
- Nahar və servis şirkət tərəfindən təmin olunur.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyət üzrə Aparıcı Mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.