Marketinq üzrə Layihə Rəhbəri

schedule Son tarix:
near_me Bakı

Əsas vəzifə öhdəlikləri:

  • Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
  • Rəqabət analizi və təhlillərin aparılması;
  • Satışın artırılması istiqamətində aktivliklərin, kampaniyaların təşkil edilməsi və hesabatlılığın təmin edilməsi;
  • Brendlər üçün marketinq və kommunikasiya strategiyalarının yaradılması və ərsəyə gətirilməsi;
  • Şirkətin satış komandasıyla yaxından əməkdaşlıq, satış komandasının müvafiq alətlərlə, materiallarla və təqdimatlarla təmin edilməsi və onların kommersiya məqsədlərinə nail olmasına imkan yaradılması;
  • Mövcud biznes portfellərinin genişləndirilməsi və inkişaf etdirilməsi, beynəlxalq xidmət təminatçıları və təchizatçıları ilə yeni tərəfdaşlıqların yaradılmasına dair variantların baxılmasının həyata keçirilməsi;
  • Yeni və mövcud məhsullar üçün marketinq strategiyalarının hazırlanması;
  • Məhsulun bazar mövqeyinin izlənməsi və ehtiyat marketinq planlarının hazırlanması və proqnozlaşdırılması;
  • Marketinq layihələri büdcəsinin idarəedilməsi;
  • Rəqabətcil mühitin və istehlakçı trendlərinin davamlı analizinin aparılması;
  • Şirkətin biznes-vizyon üzrə kommersiya strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
  • İstehlakçı rəyini nəzərə alaraq uğurlu brend təşəbbüslərinə çevirilməsi;
  • Şirkət tərəfindən təyin edilmiş biznes etiketinə uyğun olaraq, cavabdehlik daşıdığı kateqoriyanın fəaliyyətinin tənzimlənməsi;
  • Şirkətin strateji marketinq planının icrasının həyata keçirilməsi və tabeliyində olan komandanın idarə edilməsi;
  • Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışların edilməsi və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat verilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Analitik düşüncəyə malik olması;
  • Təqdimat proqramlarında işləmək bacarığı (Power BI, PPT, Visio və s.);
  • Excel, Word, Outlook proqramı üzrə biliklər (yüksək səviyyədə);
  • Kollektivdə işləmə və idarə etmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Bakalavr və ya magistr təhsili (Marketinq, Kommersiya, Biznesin idarə edilməsi və İqtisadiyyat sahəsində);
  • İş təcrübəsi: 5 il iş təcrübəsi (Marketinq sahəsi üzrə);
  • Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili səlis, İngilis dili səlis.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları;
  • Yanacaq xərci;
  • Tibbi sığorta.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq üzrə Layihə Rəhbəri” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət Anketi

No file chosen