Brend Menecer

schedule Son tarix:
near_me Bakı

Əsas vəzifə öhdəlikləri:

  • Brendin mövcud və potensial bazarının təhlil etməsi, istehlakçı seqmentlərinin, satış və marketinq strategiyasının müəyyənləşdirilməsi;
  • Brendin inkişaf strategiyasının işlənilməsi və illk inkişaf planının hazırlanması;
  • Brendin çeşidləri üzrə satışların həcminin proqnozlaşdırılması və planlaşdırılması;
  • Satış komandası ilə birgə brendin satış sxemlərinin işlənib hazırlanması;
  • Brendin bazarda hərəkətinin (satış həcminin, tendensiyasının və dinamikasının) müşahidə edilərək izlənilməsi, istehlakçıların brendə olan münasibətinin müəyyən edilərək təhlil edilməsi;
  • Brendi inkişaf etdirməklə bağlı marketinq və reklam kampaniyalarının, sərgi, təqdimat, promo, PR və digər aksiyaların hazırlanması və həyata keçirilməsi;
  • Qiymət siyasətinə və rəqib markalara olan tələbata nəzarət etməsi, rəqiblərin oxşar məhsullarına nisbətdə məhsulun mövqeyinin müəyyən etməsi;
  • Brend üzrə qiymət siyasətinin mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi;
  • Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehliyin daşınması, portfelinin optimizasiyasının, yeni məhsulların buraxılmasının, aktual olmayan məhsulların delistinin həyata keçirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Bazarın konyukturasını bilməli;
  • Satışın qaydaları, əsasları və strukturunu bilməli;
  • Marketinq təhlillərinin, proqnozlaşdırma, planlaşdırma prinsiplərini və metodları bilməli;
  • Marketinq kampaniyalarının təşkili, aparılması və effektivliyinin ölçülməsi metodları üzrə biliklərə malik olması.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (Marketinq, İqtisadiyyat üzrə);
  • İş təcrübəsi: Min. 2il ( Qida sahəsi üzrə Brend menecer)/

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatı : 09:00-18:00
  • İş yeri : Bakı ş., Aşıq Molla Cümə küç, 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Nahar;
  • Könüllü tibbi sığorta;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Brend Menecer” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət Anketi

No file chosen