Media

1 / 1

Qabaqcıl ölkələrin və şirkətlərin təcrübəsinə nəzər salsaq, görərik ki, onların tərəqqisini elm və təhsil müəyyən etmişdir. Məhz intellektual kapital və elmin səviyyəsi ölkələri, şirkətləri liderlik zirvəsinə daşıyır. “Avrora Qrup”un dəyərlərində qeyd olunan “Davamlı inkişaf və mükəmməllik” və “Sosial və ictimai məsuliyyət” bəndlərinə uyğun olaraq şirkət 2021-ci ildə insan kapitalına investisiya edəcək.

“Mükəmməllik mümkündür” təlim devizi ilə yola çıxan “Avrora Qrup” artıq ardıcıl təlimlərə start verib. Təlimlər ilkin olaraq rəhbər heyətin iştirakı ilə keçirilib. “JW Marriot” otelində keçirilən təlimdə xaricdən dəvət olunmuş təlimçilər öz bilik və təcrübələrini bölüşüblər.

“Avrora Qrup”un Biznes Strategiyasındakı 7 ana strateji hədəflərindən biri əməkdaşlarının bilik və bacarıqlarının inkişafıdır. İşçilərin İnkişaf Proqramının tətbiqi çərçivəsində 2482 nəfər 2021-ci ildə təlimlərə cəlb olunacaq. Təlimlər, əsasən, üç istiqamətdə keçiriləcək . Birinci istiqamət üçün 13 ümumi təlim növü müəyyənləşdirilib. Buraya “Excel”, “İngilis dili”, “Korporativ davranış”, “Resursların idarə edilməsi”, “İSO sertifikasiya” və s. daxildir. İkinci istiqamətdə, 70 spesifik təlim nəzərdə tutulub ki, buraya iş funksiyalarının icrası ilə bağlı təlimlər aiddir. Üçüncü istiqamətdə, 18 təlim rəhbər heyətin idarəetmə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi üçün nəzərdə tutulub. Təlimlərə ölkəmizdən və xarici ölkələrdən təlimçilər cəlb olunacaq.

“Avrora Qrup”-un İşçilərin İnkişaf Proqramını tətbiq etməkdə əsas məqsədi ölkəmiz üçün daha savadlı kadrlar yetişdirmək, eyni zamanda şirkət daxilində korporativ və peşəkar komanda yaratmaqdır.