Media

1 / 1

Hər il 15 fevral dünyada və ölkəmizdə Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd olunur. Bununla əlaqədar bütün dünya xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə dəstək olaraq uşaqlara sevinc və təbəssüm bəxş etməyə çalışır.

Bugünə diqqət çəkmək, xərçəng xəstəlikli uşaqların yanında olduğunu göstərmək üçün Avrora Qrup kollektivi Uşaq Onkoloji Klinikasında müalicə alan balacaların ziyarətinə gedib. Buradakı uşaqları sevindirmək və dəstək olmaq üçün onların arzuladıqları oyuncaqlar və müxtəlif növ hədiyyələr təqdim edilib. Bundan başqa uşaqları əyləndirmək, onların əhval-ruhiyyəsini qaldımaq üçün görüşə cizgi filim personajları da dəvət olunmuşdu.  

Avrora Qrup 2020-ci ilin korporativ sosial məsuliyyət planında uşaqlara xüsusi yer ayıraraq, bu istiqamətdə silsilə tədbirləri davam etdirməyi qarşısına məqsəd qoyub. Məqsəd sosial təminatı zəif, şəhid övladları və kimsəsiz uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir.

Məlumat üçün bildirək ki, Avrora Qrup 1993-cü ildən distribüter və dağıtım şirkəti kimi fəaliyyət göstərir. Bunla yanaşı şirkət ölkəmizdə ən böyük qida istehsalçılarından biridir. Avrora Qrupa məxsus makaron fabriki, qənnadı fabriki, içkilər zavodu, un və yem istehsalı zavodu vardır. Avrora Qrup-a eyni zamanda ölkəmizin ən böyük marketlər şəbəkəsindən biri olan Bolmart və Grandmart supermarketləri də daxildir.