Media

1 / 1

Avrora Qrup “Sosial-ictimai məsuliyyət” dəyərini rəhbər tutaraq 22 İyul - Milli Mətbuat Günü ilə əlaqədar onlayn media nümayəndələri üçün “Sosial media idarəçiliyi: trendlər, problemlər və həlləri” mövzusunda təlim təşkil edib. Təlim Hilton oteldə bir tam gün həyata keçirilmişdir. Layihənin məqsədi Azərbaycanda onlayn media sahəsində çalışan jurnalistlərin günümüzün aktual sahələrindən biri olan sosial media idarəçiliyində peşəkarlıqlarının artırılması və xəbər protallarına aktiv oxucuların cəlb edilməsi yolları olub.

Təlim zamanı jurnalistlər günün trendləri olan açar sözlərdən istifadə, sosial şəbəkələrdə reklam, məlumat-axtarış sistemlərində ilk sıralarda çıxma, aktiv oxucu qazanmaq metodları və digər mövzularda məlumatlar əldə etmişdir. Qeyd edək ki, trendlər və yenilikləri jurnalistlərə peşəkar təlimçilər Samir Mehdi və Turqut Həmid çatdırıb. Təlimin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.